Bakı — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz şəhərləri arasında ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.
Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km² dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.
1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. 2015-ci ilin yanvarında isə Bakı şəhəri ABŞ-ın "New-York Times" qəzetinin dünyanın ən gəzməli şəhərləri siyahısında 51-ci yeri tutmuşdur.
Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 kilometr, ekvatora qədər olan məsafə isə 4440 kilometrdir
kaynak: wikipedia
Topic | Last Reply | |
---|---|---|
Pulsuz Bakı Yoldaş Saytı | Last Reply by ilkok Azerbaycan Nov 11 '2016, 16:16 |